İrakli Kobaxidze - 25 il ərzində ilk dəfə elə bir seçki sistemi qəbul edirik, hansı ilə bütün siyasi spektr razılaşır
Real olaraq, 25 il ərzində ilk dəfə elə bir seçki sistemi qəbul edilir, hansı ilə bütün siyasi spektr razılaşır – bu bəyanatı Birinci Kanalın efirində parlament əksəriyyətinin nümayəndəsi İrakli Kobaxidze verdi.
“Bu seçki sistemini bütün siyasi partiyalar imzaladılar və bu Gürcüstanın müstəqillik dövründə ilk dəfə oldu. Bu ilk növbədə “Gürcü Arzusunun” nailiyyətidir. Bu nəticəyi ölkədə 2012-ci ildə başlayan demokratizasiya prosesi gətirdi.
Bizim tərəfimizdən 8 mart razılaşması tam şəkildə yerinə yetiriləcək. Müxalifətə gəlincə isə, onlar öz imzalarına məsuliyyətsiz yanaşırlar. Səfirlərin yanında verdikləri sözü tutmurlar və bu onlar üçün zərərlidir. Bununla onlar göstərirlər ki, radikal müxalifət qərbə qarşı olan bir qüvvədir və səfirlərin yanında verdikləri sözü heçə sayırlar” – dedi İrakli Kobaxidze.
Gürcüstan parlamenti konstitusiya dəyişikliklərini ikinci oxunuşla, 115 səslə qəbul etdi.