İrakli Kobaxidze- ″İctimai Sağlamlıq ilə bağlı″  qanunlayihəyə dair müxalifətin iradları qeyri-rasional və gülüşdoğurucu idi
 İrakli Kobaxidze- ″İctimai Sağlamlıq ilə bağlı″  qanunlayihəyə dair müxalifətin iradları qeyri-rasional və gülüşdoğurucu idi

 

 

Istənilən qanunu tənqid etmək  olar  və burada da  bəzi rasional, tənqidi fikirlər səsləndirilə bilinərdi , amma təəssüf ki, müxalifət bu cür rasional arqument fikirləşə bilmədi, – deyə parlament çoxluğunun üzvü İrakli Kobaxidze bildirib.

İrakli Kobaxidzenin qeyd etdiyi kimi, müxalifətin gətirdiyi bütün dəlillər əsassız və gülüşdoğurucu  idi.

Onun sözlərinə görə, heyrətləndirici nəticələrə baxmayaraq,epidemioloji vəziyyət  hələ də olduqca mürəkkəbdir.

″Bu vəziyyət müəyyən məhdudiyyətlərin  saxlanılmasını tələb edir,məsələn şəhərlərarası gediş –gəliş,müəyyən rayon və munisipalitetlərə qadağa  və ya konkret  kommersiya obyektlərinin fəaliyyətinin dayandırılması kimi .Bir sıra məhdudiyyətlər qüvvədə qalasıdır.Təbii ki, buna müvafiq qanunvericilik çərçivəsi lazımdır.Nəticə etibarı ilə,spekulyasiyalar burda tamamilə yersizdir″-deyə Kobaxidze bildirib.

Hazırladı-Sevinc Mustafayeva