İrakli Xmaladze - İctimai nəqliyyat vasitələrində tibbi maskaların taxılması məsələsini munisipal xidmət və patrul polisi nəzarət edəcəklər

Tbilisinin vitse -meri İrakli Xmaladze bəyan edir ki, təhlükəsizlik məqsədi ilə, ictimai nəqliyyat vasitələrində müəyyən məhdudiyyətlər davam edəcək.

İrakli Xmaladze bəyan edir ki, avtobuslarda sürücü ilə baryer olacaq və tibbi maskaların taxılması icbari olacaq. Həmçinin, nəzarət ediləcək ki, ictimai nəqliyyat vasitələri gərəkdiyindən çox yolçu daşımasınlar.

“Misal üçün mikro-avtobuslarda ayaqda durmaq imkanı verilməyəcək. Əgər bu məhdudiyyətlər qorunmasa yenə ağır bir vəziyyətlə üz-bə-üz qala bilərik” – dedi Xmaladze.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaxarianın bəyanatına görə, mayın 29-dan paytaxtın bütün ictimai nəqliyyat vasitələrinin fəaliyyəti bərpa olunacaq.