İrakli Ğaribaşvili Qazaxıstan Respublikasına səfəri başa çatdırıb
İrakli Ğaribaşvili Qazaxıstan Respublikasına səfəri başa çatdırıb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Qazaxıstan Respublikasına səfəri başa çatıb.

Xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Nur-Sultanın, Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanından baş naziri yola salıb.

Səfər çərçivəsində hökumət başçısı Qazaxıstan Respublikasının baş naziri Alixan Smailov və prezident Kasım-Jomart Tokayevlə görüşüb.

Baş nazir İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Qazaxıstan Respublikasında olub.