İrakli Ğaribaşvili müdafiə naziri ilə birlikdə Maxata dağında "Ordu şəhəri"-nin tikintisini gözdən keçirib
İrakli Ğaribaşvili müdafiə naziri ilə birlikdə Maxata dağında "Ordu şəhəri"-nin tikintisini gözdən keçirib

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili müdafiə naziri Cuanşer Burchuladze ilə birlikdə Maxata dağında “Ordu şəhəri”-nin tikintisini gözdən keçirib. Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayır.

Verilən məlumata görə, hökumət başçısı gürcü hərbçilər üçün nəzərdə tutulmuş layihənin hansı mərhələdə olması ilə ətraflı şəkildə tanış olub. Baş nazir, ordunun hər şeyin ən yaxşısına sahib olmasının Gürcüstan hökumətinin siyasəti olduğunu vurğulayıb və onlara qayğı gələcəkdə də davam etdiriləcək.

“Ordu şəhəri”-nin tikinti işləri 2022-ci ilin sonuna kimi başa çatdırılacaq. Layihəyə əsasən, Maxata dağında 1092 mənzilin yerləşəcəyi 7 mərtəbəli 39 ədəd bina inşa ediləcək. Hərbi qulluqçular güzəştli şərtlərlə mənzil ala biləcək və maliyyə öhdəlikləri mümkün qədər minimuma endiriləcək. Konkret olaraq, yeni şərtlərlə 50 faizlik müştərək iştirak prinsipi tətbiq olunacaq. Özəl şirkət əvəzinə tikintini Müdafiə Nazirliyinin tikinti şirkəti aparacaq ki, bu da maya dəyərini xeyli aşağı salacaq. Hərbçilərin bank kreditlərindən deyil, faizsiz daxili hissə-hissə ödəniş sistemindən yararlana bilmə imkanı olacaq. Yaşayış sahəsinin bir kvadrat metrinin mümkün dəyəri təxminən 200 dollar olacaq və hərbçilər bir kvadrat metr üzrə təxminən 100 dollar ödəməli olacaqlar. Misli görünməmiş təklif hərbi qulluqçular tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq qəbul ediləcək.
Layihə davamlı olacaq” -deyə hökumətin mətbuat xidmətinin məlumatında qeyd olunub.