İrakli Ğaribaşvili - Gürcüstanın hər bir prokurorunu, prokurorluğun müstəntiq və bütün əməkdaşlarını peşə günü münasibətilə səmimi qəlbdən təbrik edirəm
İrakli Ğaribaşvili - Gürcüstanın hər bir prokurorunu, prokurorluğun müstəntiq və bütün əməkdaşlarını peşə günü münasibətilə səmimi qəlbdən təbrik edirəm

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanın hər bir prokurorunu, prokurorluğun müstəntiq və bütün əməkdaşlarını peşə günü münasibətilə təbrik edir.

Hökumət başçısı qanunun aliliyinə əsaslanmış, hüquqi, demokratik dövlətin quruculuğunda prokurorluğun mühüm rol oynadığını vurğulayır.

“Gürcüstanın hər bir prokurorunu, prokurorluğun müstəntiq və bütün əməkdaşlarını peşə günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qanunun aliliyinə əsaslanmış, hüquqi, demokratik dövlətin quruculuğunda prokurorluq mühüm rol oynayır. Siz ölkəmizin hər bir vətəndaşının özünü təhlükəsiz hiss etməsi və müdafiə olunması üçün hər gün çalışırsınız.

Müstəqillik dövrünün uzunmüddətli transformasiyalarından sonra bu gün apardığımız islahatlar nəticəsində Gürcüstan Prokurorluğu effektiv, müstəqil və şəffaf bir sistemə, ölkənin sabitliyi və təhlükəsizliyinin, qanunun və asayişin təmin edilməsinin möhkəm dayağına çevrilib.

Ölkəmizin tərəqqisinə verdiyiniz böyük töhfəyə görə sizə təşəkkür edir və bundan sonra da uğurlar arzulayıram” -deyə baş nazirin bəyanatında qeyd olunub.