İrakli Ğaribaşvili - Gürcüstanda yaşayan hər bir müsəlmanın mənəvi təmizlənmə, yaxşılıq və qarşılıqlı qayğının böyük bayramı olan Ramazan Bayramını böyük sevgi və ehtiramla təbrik edirəm
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Gürcüstanda yaşayan hər bir müsəlmanı Ramazan bayramı münasibətilə təbrik edir. Hökumət başçısının sözlərinə görə, bu, mənəvi təmizlənmə, yaxşılıq və qarşılıqlı qayğının böyük bayramıdır.
“Gürcüstanda yaşayan hər bir müsəlmanı böyük sevgi və ehtiramla bir ay davam edən orucluğun təntənəli şəkildə başa çatması, mənəvi təmizlənmə, yaxşılıq və qarşılıqlı qayğının böyük bayramı olan Ramazan Bayramı münasibətilə təbrik edirəm.
Biz ortaq vətənimizi əsrlər boyu qardaşlıq, dostluq ilə qururuq, bu günümüz birdir və gələcəyi birlikdə qurmalıyıq. Ona görə də sizin sevinciniz hər birimizin sevincidir.
Ölkəmizin vətəndaşları ilə birlikdə sizin bayramınıza qoşulur, sülh, firavanlıq, cansağlığı və uğurlar arzulayıram” – deyə baş nazir qeyd edir.