İrakli Ğaribaşvili Atlantik Şuranın nümayəndələri ilə görüşdü
İrakli Ğaribaşvili Atlantik Şuranın nümayəndələri ilə görüşdü

Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili ABŞ-ın atlantik şurasının icraçı vitse-prezidenti Deimon Uilson və analitik mərkəzin rəhbərləri ilə görüşdü.

Müdafiyə Nazirliyinin məlumatına görə, görüşdə ABŞ-Gürcüstan arasındaki münasibətlər, ikitərəfli əməkdaşlıqlar və Gürcüstanın müdafiyə sahəsində aparılan və planlaşdırılan islahatlar müzakirə olundu. Xüsusi diqqət ABŞ-la müdafiyə və təhlükəsizlik sahəsində mövcud olan presedentsiz əməkdaşlığa yetirildi.

“Görüşdə söhbət həmçinin, regionda təhlükəsizlik durumuna, mövcud olan çağırışlara və həmçinin Rusiya aqressiyasına yetirildi. Həmçinin, qeyd olundu ki, ərazilərin 20 faizi Rusiya tərəfindən işğal olunub. Tərəflər bu çağırışla mübarizə yolları ilə bağlı müzakirə apardılar və qeyd etdilər ki, milli müdafiyə mexanizmlərinin güclənməsi ilə bərabər bu mübarizənin daha güclü nəticələri olacaq.

Müdafiyə Naziri Atlantik Şuranın üzvlərinə gələcək planlarını da təqdim etdi və Gürcüstana dəstək üçün amerkalı partnyorlarına təşəkkür etdi.

Görüşdə Müdafiyə Naziri ilə bərabər, onun birinci müavini Lela Çikovani də iştirak edirdi.