İrakli Çikovani - Avropa Şurası Parlament Assambleyası çərçivəsində ikitərəfli görüşlərimiz olacaq, 12 tövsiyənin icrası baxımından əldə etdiyimiz irəliləyişlərdən danışacağıq
İrakli Çikovani - Avropa Şurası Parlament Assambleyası çərçivəsində ikitərəfli görüşlərimiz olacaq, 12 tövsiyənin icrası baxımından əldə etdiyimiz irəliləyişlərdən danışacağıq

 

Avropa Şurası Parlament Assambleyası çərçivəsində ikitərəfli görüşlərimiz olacaq, 12 tövsiyənin yerinə yetirilməsi baxımından əldə etdiyimiz irəliləyişlərdən danışacağıq – bu barədə parlament çoxluğunun üzvü İrakli Çikovani Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının açılışının baş tutduğu Strasburqda Gürcüstanın Birinci Kanalına bildirib.

O, həftə ərzində Gürcüstan nümayəndə heyətinin bir neçə üzvünün Parlament Assambleyasında çıxış edəcəyini və diqqətlərin ölkədəki mövcud vəziyyətə yönəldiləcəyini açıqlayıb.

“Avropa Şurası Parlament Assambleyasının birbaşa olaraq Avropa İttifaqında qəbul edilən qərarlarla əlaqəsi yoxdur, lakin bu, həmkarlarımızla, konkret məsələlərlə bağlı hər bir dövlətin mövqeyini formalaşdıran insanlarla söhbət etmək üçün çox vacib forumdur. Parlament Assambleyasında iştirak edən, çox aktiv siyasi həyat tərzi keçirən bu insanlar öz ölkələrinin siyasi həyatında fəal iştirak edir, proseslərə təsir göstərirlər.

Ümumiyyətlə, assambleyada gündəm çox doludur. Həmçinin ikitərəfli görüşlərimiz olacaq, parlamentdəki sosialistlər qrupundan olan həmkarlarımızla da görüşəcəyik, ümumi planları əlaqələndirəcəyik.Həmçinin, ölkədəki mövcud vəziyyət və 12 tövsiyənin həyata keçirilməsində əldə etdiyimiz irəliləyişlər barədə danışacağıq. Həftə ərzində Gürcüstan nümayəndə heyətinin bir neçə üzvü Parlament Assambleyasında çıxış edəcək, diqqət məhz bu məsələlərə yönəldiləcək” -deyə İrakli Çikovani bildirib.