İnşaat və tibbi qalıntılarla ətraf mühitin kirləndirilməsi üçün cərimələr artacaq
İnşaat və tibbi qalıntılarla ətraf mühitin kirləndirilməsi üçün cərimələr artacaq, – bu haqda məlumatı paytaxtın meri Kaxa Kaladze paytaxt hökümət iclasında verdi.
Onun dediyinə görə, paytaxt meriyası ekologiya vəziyyətinə böyük diqqət yetirir.
“Tibbi qalıqlar antisanitariyanın və epidemioloji vəziyyətin pisləşməsinin səbəbi olur və müxtəlif məhəllələrdə yaşayan əhali üçün ciddi diskomfort yaradır. Son qoyulan cərimələr, ətraf mühiti kirlədənlər üçün heçnə idi və şəhərin zibillənməsi davam edirdi. Ona görə də, artıq ciddi cərimələr qoyulacaq. Bundan sonra, fiziki şəxs 500 lari əvəzinə 5000 lari ilə cərimələnəcək, hüquqi şəxs isə, 100 lari əvəzinə, 10 min lari ilə. İnşaat qalıntılarını tökən hüquqi şəxs isə, 15 lari ilə cərimələnəcək” – dedi Kaxa Kaladze.