İnşaat qanun pozucularına qarşı yeni qayda qüvvəyə minəcək
İnşaat qanun pozucularına qarşı yeni qayda qüvvəyə minəcək

 

İnşaatda baş verən qanun pozuntularını aradan qaldırmaq üçün parlament qanun qəbul edib, Tbilisi Sakrebulosu isə müvafiq qaydanı təsdiqləyib – bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.

Kaladzenin Tbilisi Munisipalitetinin Hökumət iclasında da qeyd etdiyi kimi, bu günədək inzibati şikayət çərçivəsində qəbul edilmiş qərarların təhvil alınmaması problem təşkil edirdi, çünki qanun pozucuları icra prosesinə süni maneçilik törədirdilər.

“İnşaat qanun pozucularına qarşı sanksiyaları dəfələrlə sərtləşdirmişik, lakin buna baxmayaraq, bu günədək inzibati şikayət çərçivəsində qəbul edilmiş qərarların təhvil alınmaması problem təşkil edirdi. Qanun pozuntusuna yol verdiklərini və hətta inzibati şikayət çərçivəsində də onlar üçün faydalı qərar çıxarılmayacağını yaxşı bilən qanun pozucuları qərarların təhvil verilməsinə süni maneçilik törədirdilər, qəsdən qəbul etmirdilər, bu da icraya mane olurdu. Bu problemi həll etmək üçün bizim təşəbbüsümüzlə qanunlayihə hazırlanıb, parlamentə təqdim olunub və onların iştirakı ilə qəbul edilib. Həmçinin, sakrebulo da müvafiq qaydanı təsdiqləyib”-deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, bu qanunla verilmiş qərarların icrası prosesi sürətlənəcək.

“İlk növbədə qərar şikayətin müəllifinin göstərdiyi ünvana poçtla göndəriləcək. Həmçinin, inşaatda qanun pozuntusuna yol vermiş şəxs inzibati şikayət əsasında qəbul edilmiş qərarı qəbul etməzsə və ya etmədikdə, bu qərar həm tikinti obyektinə, həm də www.decisions.tbilisi.gov.ge internet saytına yerləşdiriləcək. İnşaat sahəsinin görünən yerinə yerləşdirildikdən və munisipalitetin rəsmi internet saytına yükləndikdən sonra yeddinci gün qərar tikintini pozan şəxs üçün çatdırılmış hesab olunacaq. Beləliklə, yeni qaydalar və yanaşmalar qəbul edilən qərarların icrasını sürətləndirəcək” – deyə paytaxt meri bildirib.