İnfeksiya Xəstəxanasında olan İranın dörd vətəndaşında koronavirus təsdiq olunmadı
İnfeksiya Xəstəxanasında olan İranın dörd vətəndaşında koronavirus təsdiq olunmadı

İnfeksiya Xəstəxanasına yerləşdirilmiş İranın dörd vətəndaşında yeni növlü koronavirus təsdiq olunmadı.

Bu barədə İnfeksiya Xəstəxanasının direktoru, Tengiz Sersvadze bəyan etdi.

Elə onun dediyinə görə, hazırda hər dörd pasientin durumu qənaətbəxşdir və güman edildiyinə görə, onlar evə günün sonunda buraxılacaqlar.

“Dünən gecə bizim klinikamıza daxil olan və bu vaxta qədər klinikada qalan İranın dörd vətəndaşı barəsində məlumat vermək istəyirəm. Onlara hər növ müayinə edildi və nəticədə pnevmoniya təsdiq olunmadı. Az öncə Luqar Laboratoriyasından analizlərin cavıbını aldıq. Cavaba əsasən onların heç birində koronavirus təsdiq olunmadı. Hazırda hər dörd pasientin durumu qənaətbəxşdir və güman edildiyinə görə, onlar evə günün sonunda buraxılacaqlar”, – Tengiz Sersvadze bəyan etdi.