İlin sonuna qədər Tbilisidə sarı avtobuslar olmayacaq

İlin sonuna qədər Tbilisiyə “Avro altı” avtobusları gələcək və şəhərdəki bütün sarı avtobuslar onlarla əvəz ediləcək.

Bu haqda məlumatı paytaxtın meri Kaxa Kaladze verdi.

“Avtobus parkinqini yeniləşdirdik və ilin sonuna qədər köhnə sarı avtobuslar yerinə yeni “Avro altı” avtobusları olacaq” – dedi Kaxa Kaladze.

Onun dediyinə görə, paytaxt meriyasının nəqliyyat siyasətinin böyük hissəsi – tıxanclar və hava kirlənməsi probleminin həllinə aiddir.