İlia Darçiaşvili sabah Türkiyəyə səfər edəcək
İlia Darçiaşvili sabah Türkiyəyə səfər edəcək

 

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili iyulun 28-də Türkiyəyə səfər edəcək.

Müvafiq məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumatda, səfər çərçivəsində Gürcüstanla ikitərəfli münasibətlərin müzakirə olunacağı, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı deyilir.