İlham Əliyev - Azərbaycan inqilablar "vəbasını" dayandırdı, çünki inqilablar baş verdikləri ölkələrə sadəcə müsibət gətirdilər

Azərbaycan prezidenti İlham Əliyev bəyan edir ki, Azərbaycan inqilablar “vəbasını” dayandırdı, çünki inqilablar ölkələrə sadəcə müsibət gətirdilər. Bu barədə bəyanatı İlham Əliyev Dövlət Universitetinin 100 illiyinə həsr olunan tədbirdə, tələbələr qarşısında çıxış edərkən verdi.

Əliyevin dediyinə görə, 2005-ci il, Azərbaycan inqilablar növbəsində ikinci sırada idi. Ölkədə “Gürcüstan, Ukrayna, Qırqızıstan, Azərbaycan” yazıları olar pencəklər yayılırdı. Gürcüstan və Ukraynadan sonra, inqilabın baş verdiyi dördüncü ölkə Azərbaycan olmalıydı.

“Ancaq biz bu vəbayı, bu virusu dayandırdıq. İndi bütün dünya görür ki, bu inqilablar ölkələrə sadəcə müsibətlər gətirdi. Həmin ölkələrdəki problemlər və qarşıdurmaların arası kəsilmir” – dedi İlham Əliyev.

İlham Əliyevin dediyinə görə, Azərbaycan kimsədən asılı olan ölkə olmayıb və olmayacaq da. Ölkənin daxili işlərinə isə, heç kimsə qarışa bilmir və Azərbaycan öz gələcəyini özü müəyyənləşdirir.

“Azərbaycan kimsədən asılı deyil və əlimizdən gələni edəcəyik ki, heç bir zaman kimsədən asılı olmasın. İqtisadiyyatımız hər zaman güclü olacaq, hazırki iqtidar bunu təmin etmək üçün hər bir resursa sahibdir və hərkəs görür ki, ölkəmizin daxili işlərinə kimsə qarışa bilmir” – dedi Azərbaycanın lideri.

İlham Əliyev həmçinin ölkə müxalifətini tənqid etdi və bəyan etdi ki, müxalifət gənclərdən xalqa qarşı istifadə etməyə çalışır.

“Əgər dövlətçiliyə sadiq olan sağlam bir müxalifət olsa sevinərik, ancaq elə bir müxalifət horizontda hələlik görünmür” – dedi Əliyev.