İkinci İliya bu gün Batumiyə gedəcək
İkinci İliya bu gün Batumiyə gedəcək

Bütün Gürcüstanın Katalixos Patriarxı, Pak və Müqəddəs İkinci İliya bu gün Batumiyə gedəcək. Patriarx Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində həlak olanların ruhlarına dua edəcək.

Bu haqqda Birinci Kanala Partriarxlıqda bildirdilər.

Patriarxı Batumidə günün birinci yarısında gözləyirlər.

Batumidə, “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində 10 Gürcüstan və bir İran vətəndaşı həlak oldu.

DİN-in məlumatına görə, 21 nəfərin hospitala yerləşdirilməsi lazım gəldi – onların heç birinin həyatına təhlükə yoxdur. Xəsarət alanlar arasında bir nəfər yanğınsöndürəndir.

Baş verən faktla bağlı istintaq, Gürcüstan CM-nin 243-cü maddəsinin 3-cü hissəsi ilə aparılır – yangın təhlükəsizliyi qaydalarının pozulması.

Mehmanxanada yanğın, noyabrın 24-də, təxminən saat 21:00-da əmələ gəldi.

Batumidə vətəndaşlar üçün qaynar xətt fəaliyyət göstərir: 595 950 925.