İctimai Yayımçının Qəyyumlar Şurasının diplomatik korpusa, beynəlxalq təşkilatlara, xalq müdafiyəçisinə və qeyri-hökümət sektoruna müraciəti

2020-ci ilin 31 oktyabr parlament seçkilərindən tam bir ay əvvəl Gürcüstanın İctimai Yayımçısı siyasi dəyərləndirmə mərkəzinə düşdü.

Seçki qabağı müddətində, İctimai Yayımçıya qarşı bəzi siyasi subyektlər tərəfindən bildirilən fikirlər, İctimai Yayımçının ləğv olunması tələbi və onun mövcud olduğu formada funksiyası ilə bağlı verilən bəyanatlar – məqsədyönlü diskreditasiyadır, hansı ki, təəssüf ki, sadəcə siyasi gündəmlə şərtləndirlib və heç bir ciddi arqument gətirilmir.

Biz tamamilə dərk edirik ki, hərkəsin haqqı var ki, müəyyən mövqeyi olsun və İctimai Yayımçının maliyyələşdirilməsi ilə bağlı öz mövqeyini bildirib, müzakirə etsin. Ancaq İctimai Yayımçının bağlanması tələbi qeyri-demokratikdir və İctimai Yayımçıya birbaşa hücumdur. Bütün bunlar medyaya hücum və təzyiq olaraq, dəyərləndirilə bilər.

Təəssüf ki, siyasi spektrin bəzi nümayəndələri üçün obyektiv və balanslaşdırılmış medya vasitələrinin olması qeyri-məqbuldur.

Əhəmiyyətlidir ki, İctimai Yayımçının müstəqiliyini, siyasi təzyiqlərdən və komersiyal təzyiqlən azadlığını qanun təmin edir.

Müvafiq olaraq da, institusiyalardan və ilk növbədə siyasi subyektlərdən qanunun qorunması tələb olunur!

İctimai Yayımçının qəyyumlar şurası olaraqa, hesab edirik ki, arqumensiz və siyasi motivasiyalı bəyanatlar İctimai Yayımçının nüfuzuna mənfi təsir göstərir və jurnalistlərə təzyiq cəhdi kimi dəyərləndirilə bilər.

İctimai Yayımçının Qəyyumlar Şurası rəhbər təşkilatı olaraq, maksimal şəkildə, kanalın redaksiya müstəqilliyini və hər bir əməkdaşın profesiyonal və yaradıcılıq azadlığını qoruyacaq.

Qəyyumlar Şurası Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusa, beynəlxalq təşkilatlara, xalq müdafiyəçisinə və qeyri-hökümət sektoruna müraciət edir ki, İctimai yayımçı ilə bağlı baş verən hadisələ diqqət yetirsinlər və ölkədə İctimai Yayımçı ideyasına qarşı olan bəzi siyasi subyektlər tərəfindən həyata keçirilən diskreditasiya cəhdlərini dəyərləndirsinlər.