İctimai Yayımçının Qəyyumlar Şurası baş direktor vəzifəsinə Tinatin Berdzenişviliyi seçdi
İctimai Yayımçının Qəyyumlar Şurası baş direktor vəzifəsinə Tinatin Berdzenişviliyi seçdi

İctimai Yayımçının Qəyyumlar Şurası səs vermə ilə, baş direktor vəzifəsinə Tinatin Berdzenişviliyi dəstəklədi.

Tinatin Berdzenişvilinin namizədliyini qəyyumlar şurasının səkkiz üzvü dəstəklədi.

Tinatin Berdzenişvili Gürcüstanın Birinci Kanalının sabiq baş direktorunun müavini idi və hazırda baş direktor vəzifəsinin müvəqqəti icraçısıdır.

O həmçinin Avropa Yayımçılar İttifaqının (EBU) medya komitəsinin üzvü və eyni təşkilatın gender məsələləri üzrə qrupun rəhbəridir.

İctimai Yaymçının Qəyyumlar Şurası tərəfindən elan edilən müsabiqə sentyabrın 17-də başa çatdı.

Müsabiqədə səkkiz namizəd iştirak edirdi.