İctimai Yayımçının baş direktorluğu müsabiqəsində dörd namizəd iştirak edəcək
İctimai Yayımçının baş direktor vəzifəsi üçün müsabiqədə dörd namizəd iştirak etməyə davam edəcək.
Qəyyumlar şurasının bugünki qərarı ilə müsabiqənin ikinci turuna Tinatin Berdzenişvili, İrma Soxadze, Xatuna Laqazidze, Aleksandre Vaxtanqovi keçdilər.
Səslər belə bölüşdürüldü – Tinatin Berdzenişvili doqquz səs aldı, İrma Soxadze yeddi səs, Xatuna Laqazidze yeddi səs, Aleksandre Vaxtanqovi isə, beş səs aldı.
İctimai Yayımçının baş direktorluğu vəzifəsi üçün elan edilən müsabiqə sentyabrın 17-də başa çatdı.