İctimai Yayımçı Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan Milli Münsiflər Heyətinin xalları ilə əlaqədar daha bir açıqlama verir
İctimai Yayımçı Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan Milli Münsiflər Heyətinin xalları ilə əlaqədar daha bir açıqlama verir

 
Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan Milli Münsiflər Heyətinin xalları ilə əlaqədar mövcud yüksək maraqdan irəli gələrək İctimai Yayımçı daha bir açıqlama verir.

Qeyd etmək lazımdır ki, Avroviziya Mahnı Müsabiqəsini qiymətləndirmək üçün təsdiqlənmiş milli münsiflər heyətinin nümayəndələri öz qiymətlərini final şousu zamanı deyil, əvvəlki gün əsas məşğələ zamanı verirlər. Ballar yazılır, notarial qaydada təsdiq olunmaqla müvafiq prosedurlara uyğun şəkildə müsabiqənin təşkilatçılarına göndərilir. Xallar final günü elan olunur. İctimai Yayımçı bütün şərtləri hərtərəfli yerinə yetirib, rəsmi sənəd göndərib və heç bir nöqsan olmadığına dair Avropa Yayım İttifaqının razılığını alıb.

Avroviziya Mahnı Müsabiqəsində Gürcüstandan olan milli münsiflər heyəti ən yüksək qiyməti- birinci yeri Ukraynaya verib ki, bu da 12 bal deməkdir. Lakin final şousunda xallar açıqlananda məlum olub ki, Gürcüstandan 12 xal Birləşmiş Krallığa verilib. Müsabiqədə iştirak edən Avroviziyanın gürcü nümayəndə heyəti  Avroviziyanın təşkilatçısı olan Avropa Yayım İttifaqına (EBU) yaranmış vəziyyətə görə etiraz edib. Hazırda AYİ-də araşdırma aparılır və yayımçı nəticələri gözləyir.

Paralel olaraq, təkcə Gürcüstan deyil, bir neçə başqa ölkə də oxşar problemlə üzləşib və bu da Avropa Yayım İttifaqında araşdırılır.

Bununla yanaşı, İctimai Yayımçı Gürcüstan tərəfinin müsabiqənin nəticələrinə təsir göstərmək üçün manipulyasiya etməkdə maraqlı olmadığını izah edir, çünki ölkəmizin təmsilçisi təəssüf ki, final şousuna keçə bilməyib. Milli münsiflər heyəti üçün layiqli iştirakçının 12 xal qazanması prinsipial əhəmiyyət kəsb edirdi, bu halda bu, inamlı qələbə qazanan Ukrayna təmsilçisi idi. Gürcüstan İctimai Yayımçısı yaranmış vəziyyətlə əlaqədar Avropa Yayım İttifaqı ilə aktiv əlaqə saxlayır və araşdırmanın nəticələrinin tezliklə məlum olacağına ümid edir, bu barədə ictimaiyyətə məlumat verəcəyik.