İqtisadiyyat Nazirliyi - Çox önəmlidir ki, ictimaiyyət Qudauri kanat yolunda nə baş verdiyini müstəqil mütəxəssislərdən öyrənsin
Qudauridə qəza şəklində dayanan kanat yolunun pozulmasının səbəbini beynəlxalq mütəxəssilər öyrənəcəklər.
İqtisadiyyat Nazirliyində bəyan edirlər ki, “Büro Veritas” Qudauriyə gəlib, istintaq aparmağa razılaşıb.
“Bizim üçün çox önəmlidir ki, ictimaiyyət Qudauridə, kanat yolunda qəzanın baş verməsinin səbəbini detallı şəkildə müstəqil ekspertlərdən öyrənsin, çünki söhbət sadəcə bir qəzadan deyil, ölkənin imicindən gedir” – deyilir İqtisadiyyat Nazirliyinin bəyanatında.
Qudauridəki kanat yollarının birində, martın 16-da baş verən qəza zamanı 11 nəfər zərər gördü.
Zərər görənlər arasında Gürcüstan, Ukrayna, Rusiya və İsveç vətəndaşı var.
Hadisə ilə bağlı istintaq davam edir.