Doppelmayr şirkətinin nümayəndələri Qudauridə baş verən insindentin səbəbini hələ deyə bilmirlər
Qudauridə, qəzanın baş verdiyi kanat yolunu inşaat edən Doppelmayr şirkətinin nümayəndələri qəzanın səbəblərini hələ açıqlaya bilmirlər.
Şirkətin nümayəndəsi Ekard Asman Birinci kanal ilə müsahibə zamanı bəyan etdi ki, şirkətin nümayəndələrinə hələlik qəza yerinə daxil olmağa imkan verilmir.
“Hal-hazırda hadisə yerində dövlət nümayəndələri yoxlayış keçirirlər. Hadisə yerini görməmişik və qəzanın səbəbləri haqqında hələ danışa bilmirik” – dedi Ekard Asman.
Avstriya-İsveçrənin Doppelmayr şirkəti 1981-ci ildə təsis edildi və kanat yollarını inşaat edən dünyanın ən iri şirkətidir.
Doppelmayr-ın nümayəndəsi bəyan etdi ki, şirkət tərəfindən inşaat edilən kanat yollarında son 20 il ərzində belə insindent olmayıb.
Xatırladaq ki, dünən Qudauridə, kanat yolunda baş verən hadisə zamanı 11 nəfər zərər gördü.