Qudauridə kanat yolunda baş verən qəza nəticəsində zərər görənlər oldu
Qudauridə kanat yolunda baş verən qəza nəticəsində zərər görənlər oldu.
Zərər görənlər arasında hamilə qadın var.
Baş verən qəza ilə bağlı Daxili İşlər Nazirliyi istintaq başlatdı.
Kanat yolunun inspeksiyası 2017-ci ildə keçirilmişdi.
Şirkətin baş direktoru Sandro Şelianın Birinci Kanala verdiyi məlumata görə, inspeksiya zamanı kanat sistemi yaxşı işləyirdi və müvafiq sertifikatı da var idi.
Şelianın dediyinə görə, bugünki qəzanın səbəbi olaraq, əyləc sisteminin pozulması ehtimal olunur.