Zaza Sopromadze - Qudauridə zərər görənlərin həyatları təhlükə altında deyil

Səhiyyə Nazirliyinin müavini Zaza Sopromadze Qudauridə kanat yolunda baş verən qəza nəticəsində zərər görənləri kilinikada ziyarət etdi.

Birinci Kanalın jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, bu mərhələdə Ğuduşauri klinikasında iki Ukraynalı turist yerləşdirilib, digər beş zərər görən isə, reanomobil ilə klinikaya aparılırlar, çünki pis hava şəraitinə görə, onların helikopterlə aparılması mümkün olmadı.

Zaza Sopromadzenin dediyinə görə, panika üçün ciddi səbəb yoxdur və zərər görənlərin heç birinin həyati təhlükəsi yoxdur.