İqtidar və müxalifət arasında dialoqun yeniləşdirilməsi məsələsi ilə bağlı Salome Zurabişvili səfirlərə müraciət edir

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edir ki, iqtidar və müxalifət arasındaki dialoqa vasitəçilik edən səfirlərlə əlaqə saxlayacaq və onlarla birlikdə prezidentin bu dialoqun yeniləşdirilməsinə qatqısının nə ola biləcəyini müzakirə edəcək.

Bununla bağlı prezident bəyanat yayır.

“Gürcüstan prezidenti Salome Zurabişvili beynəlxalq təşkilatların və diplomatların, iqtidar və müxalifət arasındaki siyasi dialoqun yenilişdirilməsi ilə bağlı bəyanatlarına səslənir və dialoqun vasitəçiləri olan səfirlərlə görüşüb, bu dialoqun davam etməsi üçün ölkə prezidentinin qatqısının nə ola biləcəyi barədə müzakirə aparacaq” – deyilir prezidentin bəyanatında.