İqtidar qərarı ilə, açıq məkanda seminarların və treninqlərin keçirilməsinə və açıq səma altında keçirilən digər aktivliklərə icazə veriləcək
Gürcüstan iqtisadiyyatının və daxili turizminin mərhələ şəklində açılması çərçivəsində, iqtidar qərarı ilə, açıq məkanda seminarların və treninqlərin keçirilməsinə və açıq səma altında keçirilən digər aktivliklərə icazə veriləcək.
Misal üçün raftinq, kayak, kanyon, suda yarışmalar və sairə yarışların keçirlməsi üçün icazə veriləcək.
Daxili turizmin açılması ilə bərabər, risklərin efektiv idarəsi məqsədi ilə, mehmanxanalrda və turistlərin yığıldığı digər yerlərdə, müəyyən qaydaların və standartların qorunmasına da nəzarət ediləcək.
Bu haqda məlumatı baş nazirin mətbuat xidməti yayır.
Qeyd edək ki, bugünki göstəricilərə əsasən, Gürcüstanda koronavirusa yoluxanların sayı 895-dir. Onlardan 741 nəfər sağalıb. 14 nəfər həlak olub.
Karantin zonasında 2891 nəfər qalır.
Stasiyonarlarda isə, – 256 nəfər.