İqtidar administrasiyası - baş nazirin tapşırığı ilə, Barataşvili küçəsində zərər görən yeniyetmələri, gərəkdiyi halda xaricdə müalicə edəcəklər
İqtidar administrasiyası - baş nazirin tapşırığı ilə, Barataşvili küçəsində zərər görən yeniyetmələri, gərəkdiyi halda xaricdə müalicə edəcəklər

Gürcüstanın baş nazirinin tapşırığı ilə, Barataşvili küçəsində binadan şüşənin düşdüyü yerdə müvafiq xidmətlər səfərbər olunublar.

Bu barədə məlumatı iqtidar administrasiyasının mətbuat xidməti yayır.

Daxili İşlər Nazirliyi baş verən hadisə ilə bağlı istintaq aparır.

Nazirliyin bəyanatına görə, bu hadisəyə səbəb olan hərkəs qanuna müvafiq şəkildə cəzasını çəkəcək.

Gürcüstanın baş naziri yeniyetmələrin vəziyyəti ilə xüsusi ilə maraqlanır.

Baş nazir bəyan etdi ki, gərəkdiyi halda, zərər görən yeniyetmələr müalicə üçün xaricə göndəriləcəklər.