Barataşvili küçəsində zərər görən şagirdlərdən birinin vəziyyəti ağırdır
Barataşvili küçəsində zərər görən şagirdlərdən birinin vəziyyəti ağırdır

Barataşvili küçəsində zərər görən yeniyetmələrdən birinin vəziyyəti ağırdır və hazırda ona əməliyyat edilir.

Bu barədə məlumatı Birinci Kanala İnqorokva klinikasından verdilər.

Klinikanın mətbuat xidmətinin məlumatına görə, yenə iki zərər görən yeniyetmənin vəziyyəti stabildir.

“AmtelHospitala” aparılan üç yeniyetmənin sağlamlıq vəziyyəti haqqında isə, hələlik dəqiq məlumat yoxdur.

Bədbəxt hadisə Barataşvili küçəsində baş verdi. Küçədə yerləşən binalardan birinin şüşəsinin düşməsi nəticəsində, yoldan keçən altı yeniyetmə zərər gördü.