“IDS Borjomi”nin işçiləri N1 və N2 zavodların genişmiqyaslı piketinqinə başlayıblar. İşçilər girişləri tamamilə bağlayıblar.
Bununla bağlı tətil elan edən işçilər bəyanat yayırlar.
“IDS Borjomi Georgia” şirkətinin administrasiyası təxribat və işçilər arasında qarşıdurma yaratmaq məqsədilə, Gürcüstanın regionlarından, eləcə də Rusiya və Ukraynadan üç-dörd dəfə çox maaş vəd etməklə Borjomi zavodunun işçilərinin əvəzlənməsini təşkil edəcək. Şirkət digər işçilərə daha çox maaş verməyə və öz işçilərini cəzalandırmaq məqsədilə, işlədikləri iki ayın əmək haqqını verməməyə hazırdır.
Bundan irəli gələrək, tətil elan etmiş işçilərin qərarı ilə, əmək haqlarının ödənilməsinədək, qanunsuz işdən çıxarılan 50 nəfərin, müddətli müqavilə ilə işləyən işçilərin, köhnə müqavilələrə qayıtması, təcrübəçilər və digər mühüm məsələlərin müddətsiz müqaviləyə keçirilməsinədək Borjominin 1 və 2 saylı zavodlarının girişləri genişmiqyaslı şəkildə bağlanacaq.
Bu qərar “IDS Borjomi Georgia” tərəfindən süni eskalasiyaya səbəbiyyət verməyə xidmət edir və inkişaf etmiş hadisələrə görə bütün məsuliyyəti həm şirkətin, həm də Gürcüstan hökumətinin üzərinə yükləyirik, çünki hökumət tərəfindən yaranmış vəziyyətin de-eskalasiyası üçün heç bir iş görülməyib” – deyə bəyanatda deyilir.