"IDS Borjomi"nin Direktorlar Şurasının üzvü - Gürcüstan hökumətinə dəstəyə görə minnətdarıq, qərar şirkətə uzunmüddətli inkişafı davam etdirməyə imkan verir
2022-ci ilin iyunun 13-də, Gürcüstan hökuməti tərəfindən təklifin rəsmi şəkildə qəbul edilməsindən sonra “IDS Borjomi”nin nəzarətçi səhmdarı Gürcüstan hökumətinə şirkətin 7,73%-lik hissəsini təmənnasız olaraq verəcək – bu barədə şirkət tərəfindən yayılan bəyanatda deyilir.
Onların verdiyi məlumata görə, razılaşma nəticəsində: nəzarətçi səhmdar artıq “İDS Borjomi”nin nəzarət funksiyasına malik olmayacaq; “IDS Borjomi”nin Direktorlar Şurasında nəzarətçi səhmdarın təmsilçiliyi səkkiz üzvdən iki üzvədək azalacaq ; İDS BORJOMİ İnternational-ın Direktorlar Şurasının sədri Gürcüstan hökumətinin nümayəndəsi olacaq.
“IDS Borjomi” nin səhmdarları daima hər bir ölkədə və ya bazarda şirkətin uğuruna qayğı göstərirdilər. Biz, “IDS Borjomi” bu razılaşmanın əldə ediməsinin dəstəklənməsi prosesinə görə Gürcüstan hökumətinə minnətdarıq. Hazırkı çətin vəziyyətdə bu qərar şirkətə uzunmüddətli inkişafı davam etdirməyə imkan verir” – deyə “İDS Borjomi”nin Direktorlar Şurasının üzvü Elxan Əlnəzərov bildirir.
Bir az bundan əvvəl Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “IDS Borjomi” şirkəti ilə bağlı açıqlama verib. “Borjomi”nin səhmdarları ilə danışıqları uğurla başa çatdırdıq və dövlətimiz milli sərvətimiz olan “Borjomi” zavodunun ortaq mülkiyyətçisi olacaq” – deyə baş nazir bildirib.