"IDS Borjomi" -vasitəçilik prosesinin başladığı bir şəraitdə etiraz iştirakçılarının aqressiya və dezinformasiya yaymağa davam etməsi təəssüf doğurur
"IDS Borjomi" -vasitəçilik prosesinin başladığı bir şəraitdə etiraz iştirakçılarının aqressiya və dezinformasiya yaymağa davam etməsi təəssüf doğurur

 

Etiraz iştirakçıları tərəfindən zavoda daxil olan və işləməyə davam edən əməkdaşlara yönəlik aqressiv hərəkətlər və təzyiqlər qəti şəkildə qəbuledilməzdir – bu barədə “İDS Borjomi”nin bəyanatında qeyd olunub.

Şirkətdən də bildirdikləri üzrə, vəziyyəti normallaşdırmaq və konstruktiv çərçivəyə keçirmək məqsədi daşıyan vasitəçilik prosesini alqışlayırlar.

“Hazırda ərazidə vəziyyət nisbətən sakitdir, lakin səhər saatlarında aksiya iştirakçılarının həyata keçirdiyi aqressiya anlaşılmazdır. Etiraz iştirakçıları tərəfindən zavoda daxil olan və işləməyə davam edən əməkdaşlara yönəlik aqressiv hərəkətlər və təzyiqlər qəti şəkildə qəbuledilməzdir. Dəfələrlə də izah etdiyimiz kimi, bizdə əsasən Gürcüstan bazarını məhsullarla təmin etmək üçün minimal istehsalat var. Dünən vasitəçilik prosesinin başladığı bir şəraitdə etiraz iştirakçılarının aqressiya və dezinformasiya yaymağa davam etməsi təəssüf doğurur”- deyə şirkətdən bildirilib.

“İDS Borjomi”də, şirkətə xarici ölkə vətəndaşlarının guya işə götürülməsi ilə bağlı yayılan məlumatların heç bir əsasının olmadığını bildiriblər.

“Bir daha izah edirik ki, “IDS Borjomi Georgia” şirkətinin xarici ölkə vətəndaşlarını guya işə götürməsinə dair yayılan məlumatın heç bir əsası yoxdur. Həmçinin, polisin aksiyanı dağıtması da dezinformasiyadır. Polis vəziyyəti yumşaltmaq üçün öz səlahiyyətləri daxilində hərəkət edirdi. Biz bir daha bildiririk ki, vəziyyəti normallaşdırmaq və konstruktiv çərçivəyə keçirmək məqsədi daşıyan vasitəçilik prosesini alqışlayırıq” – deyə “IDS Borjomi Georgia” şirkətinin İctimaiyyətlə Əlaqələr Xidmətindən bildiriblər.