"IDS Borjomi" - şirkətin hesabları dondurulub, bu səbəbdən maliyyə imkanlarımız məhduddur, ilk növbədə hazırkı mərhələdə istehsal prosesində iştirak edən işçilərin əmək haqqı köçürülür
"IDS Borjomi" - şirkətin hesabları dondurulub, bu səbəbdən maliyyə imkanlarımız məhduddur, ilk növbədə hazırkı mərhələdə istehsal prosesində iştirak edən işçilərin əmək haqqı köçürülür

 

Şirkətin hesabları dondurulub, bu səbəbdən maliyyə imkanlarımız məhduddur, ilk növbədə hazırkı mərhələdə istehsal prosesində iştirak edən işçilərin əmək haqqı köçürülür -bu barədə “IDS Borjomi”nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Artıq qeyd etdiyimiz kimi, bu mərhələdə Borjomi N1 və N2 qablaşdırma zavodları minimum yüklə işləyir, yalnız Gürcüstan bazarı üçün. Bildiyiniz kimi, ixrac bazarlarının əksəriyyətində (80%) vəziyyət qeyri-müəyyəndir.

Xüsusilə vurğulamaq istərdik ki, şirkət işə heç bir yeni kadr qəbul etməyib. Maaşların gecikməsi ilə bağlı səsləndirilən məlumatlara gəlincə, bildiyiniz kimi, şirkətin hesabları dondurulub, bu səbəbdən maliyyə imkanlarımız məhduddur, ilk növbədə bu mərhələdə istehsal prosesində iştirak edən işçilərin əmək haqqı köçürülür”- deyə “IDS Borjomi Georgia” şirkətinin İctimaiyyətlə Əlaqələr Xidmətindən bildirilib.

“IDS Borjomi”nin işçiləri N1 və N2 zavodlarında genişmiqyaslı piketə başlayıblar. İşçilər girişləri tamamilə bağlayıblar.