İdlibdə türk əsgərlərinə edilən hücum faktı ilə bağlı Gürcüstan Türkiyə ilə həmrəy olduğunu bildirir
Gürcüstanın Xarici İşlər Nazirinin müavini Aleksandre Xvtisiaşvili və Türkiyənin Gürcüstandaki səfir vəzifəsinin müvəqqəti icraçısı Onur Sevin arasında görüş keçirildi.
Görüş zamanı tərəflər İdlib əyalətindəki gərgin vəziyyəti müzakirə etdilər.
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyə tərəfi nazir müavininə baş verən hadisələrlə bağlı məlumat verdi.
Aleksandre Xvtisiaşvili Türkiyə nümayəndəsinə Gürcüstanın Türkiyə ilə strateji partnyorluğunu bir daha vurğuladı və türk əsgərinə edilən hücumu qınadı.
“Gürcüstan baş verən hadisələri diqqətlə izləyir. Türkiyə bizim strateji partnyorumuz və dost ölkəmizdir. İdlibdə Əsəd rejimi tərəfindən türk əsgərlərinə edilən dəhşətli hücuma görə, şokdayıq. Biz strateji partnyorumuz və dostumuz olan Türkiyəyi dəstəkləyirik, həlak olan əsgərlərin ailələrinə və yaxınlarına baş sağlığı diləyirik. Rusiyanın hücumlarına artıq son qoyulmalıdır” – dedi Aleksandre Xvtisiaşvili.