Hüquq Məsələləri Komitəsi maska taxmaq qaydası ilə əlaqədar   qanunvericilik dəyişikliklərini  dəstəkləyib
Hüquq Məsələləri Komitəsi maska taxmaq qaydası ilə əlaqədar   qanunvericilik dəyişikliklərini  dəstəkləyib

 

 Hüquq Məsələləri Komitəsi, ilk dinləmə üçün (sürətləndirilmiş qaydada ), İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə ediləcək olan  dəyişiklikləri müzakirə edib ki, bu da  maska  taxma qaydası ilə əlaqədar  məsələləri tənzimləyir.

 Onun sözlərinə görə, tənzimləmələr,  cəmiyyətə və onların sosial-iqtisadi vəziyyətinə ağır yük olmaması üçün mümkün qədər diqqətlə və ətraflı şəkildə yazılacaq.

Hüquq Məsələləri Komitəsinin sədri onu da qeyd edib  ki, dəyişikliklər , açıq yerlərdə  maska taxmaq   öhdəliyinə şamil olunmayacaq.

Qanunlayihəyə əsasən,qapalı ictimai yerlərdə bir araya gələrkən,maska taxmaq məcburi olacaq və əgər şəxs bu qaydaya əməl etməzsə,50 lari miqdarında cərimələnəcək.Lakin,Anri Oxanaşvili qeyd edib ki, bəhsi keçən cərimənin 20 lariyədək azaldılmasına dair  qərar verilib.Onun sözlərinə görə,qanunlayihəyə əsasən,maskası olmayan şəxsin qapalı ictimai yerə daxil olmasına icazə verdiyinə  görə hüquqi şəxs 500 lari miqdarında cərimələnəcək.

Hüquq Məsələləri Komitəsinin  sədrinin sözlərinə görə, ictimai nəqliyyatda və metroda yerdəyişmə zamanı  maska taxmaq qaydasının  pozulması qanunlayihədə  nəzərdə tutulmuş 50 lari əvəzinə,  20 lari miqdarında cərimələnmə ilə nəticələnəcək.

Həmçinin,  taksi (M1 kateqoriyalı)  ilə yerdəyişərkən  maska taxmaq qaydasının    pozulması 20 lari miqdarında  cərimələnməklə  nəticələnəcək.

Dəyişikliklərə əsasən, ″İctimai Sağlamlıqla bağlı ″ qanunda  nəzərdə tutulmuş məsələlərlə əlaqədar təyin olunmuş  təcrid  / və ya karantin qaydalarının pozulması fiziki şəxsin 2000, hüquqi şəxs üçün  10.000 lari miqdarında  cərimələnməsi ilə  nəticələnəcək. Təcrid / və ya karantin qaydalarının təkrar pozulmasına görə artıq cinayət məsuliyyəti nəzərdə tutulur – altı aydan iki ilə qədər   ev dustaqlığı və ya üç ilə qədər  azadlıqdan məhrumedilmə .

Komitə qanunlayihənin plenar iclasda müzakirəsini dəstəkləyib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.

 

Hazırladı-Sevinc Mustafayeva