Hubert Knirş - Cənab Ruruanın adı 8 mart razılaşmasında çəkilməyib

“8 mart razılaşmasında cənab Ruruanın adı çəkilməyib, bunu hərkəs oxuya bilər” – bu bəyanatı Almaniyanın Gürcüstandaki səfiri Hubert Knirş verdi.

“Əsas problem odur ki, Gürcüstanda siyasi partiyalar arasında polyarizasiya o qədər böyükdür ki, onlar görüşüb, kompromis üzərində işləyə bilmirdilər. Ona görə də, bu rolu biz üstləndik. Danışıqların 90 faizi seçki sistemi ilə bağlı idi” – dedi Almaniya səfiri.

Onun dediyinə görə, gələn birinci gün razılaşmanın yerinə yetirilməsi üçün qərar verici bir gün olacaq.

Razılaşmada Giorgi Ruruanın azad edilməsindən söhbət aparılmayıb. Ona görə də, bütün siyasi partiyalara müraciət edirik, konstitusiya dəyişikliklərinə səs versinlər və səbəb axtarmasınlar. Konstituisya dəyişikliklərinin təsdiqlənməsinin nailiyyəti, onu dəstəkləyənlərin kitabına yazılacaq” – dedi Hubert Knirş.