Hubert Knirş - Gürcüstana qarşı böyük gözlənti və etimad var
Hubert Knirş - Gürcüstana qarşı böyük gözlənti və etimad var

Gürcüstana qarşı böyük gözlənti və etimad var, – bu barədə bəyanatı Almaniyanın Gürcüstandaki səfiri Hubert Knirş ABŞ-ın nümayəndələr palatasının assiqnassiyalar komitəsinin qanunlayihəsi ilə bağlı verdi.

“Mənim bildiyim qədəri ilə, nümayəbdələr palatası Amerika iqtidarına müraciət etdi ki, Gürcüstanda baş verən hadisələrlə bağlı məlumat çatdırılsın. Bunu biz Almaniyada da edirik. Biz Gürcüstanda inkişaf prosesini izləyirik və onun üçün əlverişli şəraitlər yaratmağa çalışırıq. Bunu sabiq iqtidar zamanı da edirdik, indi də edirik. Əlbəttə ki, Gücüstana qarşı böyük gözləntilər və etimad var” – dedi Hubert Knirş.

ABŞ Konqresinin nümayəndələr palatasının assiqnasiyalar komitəsi 2021-ci ilin xarici əməliyyatlar qanunlayihəsini təsdiqlədi, hansında Gürcüstan üçün 132 025 000 dollarlıq maliyyələşdirilmə nəzərdə tutulur.

Bu haqda məlumat nümayəndələr palatasının rəsmi veb-səhifəsində yayıldı.