Hökumət Administrasiyası Türkiyədən idxal edilən və qiyməti 60%-dən 80%-ə azalan dərmanlarla bağlı məlumat yayır
Gürcüstanın baş nazirinin qərarına əsasən, Türkiyənin farmaçevt bazarının açılması nəticəsində bu mərhələdə Türkiyədən 30-dan çox müxtəlif adlı dərman idxal edilib və onların qiyməti isə orta hesabla 60%-dən 80%-ə azalıb. Bu barədə Hökumət Administrasiyası “Facebook” -da məlumat yayır.
Hökumət Administrasiyası dərmanların siyahısını yayır:
“Galvus Met” tablet 50 mq + 1000 mq
“Januvia” tablet 100 mq
“Janumet” tableti 50 mq + 1000 mq
“Insulin Lantus” inyeksiya üçün solostar məhlulu 100 IU/ 1 ml 3 ml şpris-qələm
“FORZIGA” tablet 10 mq
“ATACAND” tablet 16 mq
“BRİLİNTA” tablet 90 mq
“DİOVAN” tablet 160 mq
“CO-DİOVAN” tableti 160 mq + 12,5 mq
” CONCOR” tablet 10 mq
“CRESTOR” tablet 20 mq
“TENORETIC” tablet 100 mq + 25 mq
“ACLASTA” infuziya məhlulu 5 mq / 100 ml flakon
“VOLTAREN EMULGEL” gel 1% 50 q boru
“ARIMIDEX ” tablet 1 mq
“Symbicort Turbuhaler ” inhalyasiya üçün toz 160 mkq + 4,5 mkq / 1 doza 60 dozalı flakon
Bununla yanaşı, məlumatda bildirilir ki, Türkiyədən idxal olunmuş keyfiyyətli və əlçatan dərman vasitələrinin siyahısı getdikcə artır və onları Gürcüstan miqyasında aptek şəbəkələrindən almaq mümkün olacaq.