Hippodromda keçirilən aksiya zamanı yaxalanan üç şəxsin məhkəmə prosesi təxirə salındı
Hippodromda keçirilən aksiya zamanı yaxalanan üç şəxsin məhkəmə prosesi təxirə salındı

Keçmiş hippodromun ərazisində “Qirçi” siyasi partiyası tərəfindən təşkil olunmuş etiraz aksiyası zamanı yaxalanan üç şəxsin məhkəmə prosesi mayın 4-ə təxirə salındı. Prosesin təxirə salınması vəkalətnaməsini, şahid və dəlillərin əldə olunması məqsədilə müdafiə tərəfi irəli sürdü.

DİN hər üçünü qarşı xırda xuliqanlıq və polisə müqavimət göstərməkdə dava aparır.

Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejiminin pozulmasına görə, Gürcüstan prezidenti dekretinin 8-ci maddəsinə müvafiq olaraq, “Qirçi” siyasi partiyasının lideri, Zurab Caparidze və partiyanın 14 aktivistini 3000 lari ilə cərimələdi, üç nəfər isə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə xırda xuliqanlıq və polisə müqavimət üçün yaxaladı.