Həkimlər güman edirlər ki, Kutaisi Aeroportuna Milan reysi ilə gələn sərnişinlərin koronavirusu yoxudur
Həkimlər güman edirlər ki, Kutaisi Aeroportuna Milan reysi ilə gələn sərnişinlərin koronavirusu yoxudur

Dünən yüksəlmiş temperaturla Kutaisinin yeni İnfeksiya xəstəxanasına yerləşdirilən, Milan-Kutaisi reysi ilə Kutaisi Beynəlxalq Aeroportuna enən sərnişinlər yenə də bokslaşdırılmış palatada qalırlar.

Həkimlərin dediyinə görə, pasientlərin analizlərini artıq Luqar Labaratoriyasına göndəriblər və cavabı günün sonunda və ya səhər gözləyirlər.

20 yaşlı gənc qızın həkimi, Nestan Çeişvilinin dediyinə görə, pasientin temperaturu 37.2 dərəcə qeydə alınır.

“Analizlərin cavablarını gözləyirik. Lakin ilkin müşahidə ilə düşünürük ki, bu koronavirus deyil”, – həkim  Nestan Çeişvili bəyan etdi.