Hava Limanları İttifaqından verilən məlumata görə, daxili uçuşların cədvəlinə dəyişiklik daxil edilir
Gürcüstan Hava Limanları İttifaqının məlumatına görə, bu gündən mayın 31-i də daxil olmaqla Batumi istiqamətində daxili reyslər müvəqqəti olaraq Tbilisi Beynəlxalq Hava Limanını əvəzinə, Nataxtari hava limanından həyata keçiriləcək. Dəyişikliklər Batumi istiqamətində sərnişin tipli hava gəmilərinə də şamil olunacaq. Orta ölçülü hava gəmisi əvəzinə uçuşlar müvəqqəti olaraq kiçik ölçülü L-410 hava gəmisi ilə həyata keçiriləcək.
Tbilisi-Batumi istiqamətində uçuşlar hazırda texniki baxışdan keçən orta ölçülü, “Embraer” tipli gəmi ilə həyata keçirilib. Məhz buna görə də qrafikə dəyişiklik daxil edilib , həm hava gəmisi, həm də hava limanı dəyişdirilib. Tbilisidən Nataxtariyə gedən sərnişinlərə, eləcə də Mestia-Ambrolauri reysi ilə Batumi istiqamətində də Tbilisinin mərkəzindən (Birinci Respublika meydanı, velosiped abidəsi ilə üzbəüz) pulsuz mikroavtobus xidmət göstərəcək.
” Sərnişinlərdən https://ticket.vanillasky.ge/en/tickets saytından bilet alarkən dəyişikliyi nəzərə almaları və Batumiyə səfər edərkən Tbilisi əvəzinə Nataxtarini qeyd etmələri xahiş olunur” – deyə Hava Limanları İttifaqından bildirilib.
Bundan əlavə, dəyişikliklər Mestia istiqamətində uçuşlara da şamil olunacaq. Nataxtari-Mestia-Nataxtari istiqamətində uçuşlar cümə və bazar günləri əvəzinə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.