Haaqa məhkəməsinin prokurorluq ofisi Birinci Kanala cavab verir - medya və komentatorlara müraciət edirik, bizim apardığımız istintaqların aspektləri haqqında spekulyasiyaları və şaiələr yaymağı buraxsınlar

Medya və komentatorlara müraciət edirik, bizim apardığımız istintaqların aspektləri haqqında spekulyasiyaları və potensial nəticə il bağlı şaiələr yaymağı buraxsınlar, – bu barədə Beynəlxalq Məhkəmənin prokurorluq ofisinin bəyanatında deyilir, hansı ilə, məhkəmə Birinci Kanala cavab verir.

Gürcüstanın Birinci Kanalı Haaqa Məhkəməsində, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi ilə bağlı hərhansı yeniliyin  olub-olmaması ilə bağlı maraqlanmışdı.

“Aparılan istintaq hazırda irəliləyiş fazasındadır. Konfidensiallıq hərhansı istintaqın önəmli aspektidir, ona görə də, prokurorluq ofisi istintaqla bağlı ictimai bəyanatlar vermir, medyaya və medya komentatorlarına isə, müraciət edir ki, apardığımız istintaqların aspektləri haqqında spekulyasiyaları və potensial nəticə il bağlı şaiələr yaymağı buraxsınlar” – deyilir Haaqanın bəyanatında.