Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstandan Almaniyaya gedən yolçular karantin rejiminə keçirilıməyəcəklər
Gürcüstanın Xarici İşlər Nazirliyi - Gürcüstandan Almaniyaya gedən yolçular karantin rejiminə keçirilıməyəcəklər

Gürcüstandan Almaniyaya gedən yolçuları karantin zonasına yerləşdirməyəcəklər.

Gürcüstandan Almaniyaya gedən yolçular üçün karantində qalmaq məcburiyyəti olmayacaq, – bu barədə bugün Xarici İşlər Naziri Davit Zalkaniani və Almaniyanın Gürcüstandaki səfiri danışdılar və bu söhbət Almaniya Federal Respublikasının Xarici İşlər Naziri ilə 2020-ci ilin iyunun 15-də aparılan söhbətin tematik davamıdır.

Nazirlikdə bəyan edirlər ki, COVİD-19 pandemiyası ilə bağlı müsbət vəziyyətə görə, Gürcüstan Robert Kox İnstitutu tərəfindən yayılan siyahıdaki riskli ölkələr arasında deyil və Gürcüstandan Almaniyaya gedən yolçular üçün karantin rejiminə keçmək məcburi deyil.

Bununla yanaşı, Almaniya iqtidarı Avropa İttifaqının rekomendasiyası ilə, bəzi ölkələr və regionlarla bağlı xüsusi səyahət tövsiyyələri hazırlayır və ümid edir ki, Gürcüstanda mövcud olan epid-vəziyyət, qeyd olunan məsələnin daha müsbət dəyərləndirilməsi üçün imkan verəcək” – deyilir Nazirliyinin məlumatında.

Səfir Robert Knirş qeyd etdi ki, nazir ilə görüş zamanı Almaniya iqtidarının qərarını müzakirə etdi.