Gürcüstanın Ukraynadakı səfiri həlak olmuş gürcü döyüşçülərin cənazələrinin ehtimal ki aprelin 14-də vətənə göndərilə biləcəyini bildirir
Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvilinin sözlərinə görə, həlak olmuş gürcü döyüşçülərin cənazələri ehtimal ki aprelin 14-də Gürcüstana göndəriləcək.
“Yəqin ki, bu gün onların Kiyevdən Gürcüstana göndərilməsi proseduru başlayacaq. Avtomobil Lvovdan keçərək Varşavaya gedəcək və ehtimal ki birisigün axşamı həlak olan döyüşçülərin cənazələri Varşava-Tbilisi reysi ilə Gürcüstana göndəriləcək”- deyə Qiorqi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, yaralıların səhhəti üçün təhlükə yoxdur.
“Bildiyimiz qədərilə, yaralıların səhhəti üçün təhlükə yoxdur. Əksəriyyəti yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilməyə ehtiyac duymur. Müvafiq olaraq hər şeyin yaxşı olacağına ümid edək”-deyə Qiorqi Zakaraşvili bildirib.
Xatırladaq ki, aprelin 9-da Ukraynada daha iki gürcü döyüşçü həlak olub, bir neçəsi isə xəsarət alıb.