Gürcüstanın Tibbi Asosiasiyalar Birliyi - Sxinvalinin de-fakto rejiminə müraciət edirik ki, qeyri-qanuni şəkildə həbs etdikləri Vaja Qaprindaşviliyi dərhal azad etsinlər
Gürcüstanın Tibbi Asosiasiyalar Birliyi Gürcüstanın Travmatoloq-ortopedlər İttifaqının sədri Vaja Qaprindaşvilinin qeyri-qanuni şəkildə həbs edilməsi ilə bağlı böyük narahatçılığını bildirir.
Bu barədə Birlik tərəfindən yayılan bəyanatda deyilir.
Bəyanatda deyilir ki, tibb sahəsinin nümayəndəsinin qeyri-qanuni olaraq, həbs edilməsi BMT və digər beynəlxalq təşkilatlar tərəfəindən qəbul edilən normaların kobudca pozulmasıdır.
“Sxinvalinin de-fakto rejiminə müraciət edirik ki, qeyri-qanuni şəkildə həbs etdikləri Vaja Qaprindaşviliyi dərhal azad etsinlər. Biz həmçinin, Sxinvalinin tibb cəmiyyətinə də müraciət edirik ki, əlindən gələni etsinlər ki, Vaja Qaprindaşvili tez zamanda evinə qayıda bilsin” – deyilir bəyanatda.