Gürcüstanın post-krizis iqtisadi planı ilə bağlı Deloitte-nin Nyu York ofisinin mütəxəssisləri Giorgi Qaxaria və iqtidar dəstəsinə ilk prezentasiya təqdim etdilər
Gürcüstanın post-krizis iqtisadi planı ilə bağlı Deloitte-nin Nyu York ofisinin mütəxəssisləri Giorgi Qaxaria və iqtidar dəstəsinə ilk prezentasiya təqdim etdilər

Gürcüstan iqtidarı ölkənin orta və uzunmüddətli stabilizasiyası və inkişaf planı ilə bağlı yüksək səviyyəli mütəxəssislərlə işləməyə davam edir – Deloitte-nin Nyu York ofisinin nümayəndələri baş nazir və iqtidar dəstəsində bugün ilkin prezentasiya təqdim etdilər, hansı ki, fiskal, monetar və sektor iqtisadiyyat siyasətinin anlizini və beynəlxalq konsultantların rekomendasiyalarını əhatə edir.

Gürcüstan iqtidar administrasiyasının məlumatına görə, ekspertlər Gürcüstan höküməti tərəfindən anti-krizis və sektor dəstəyi baxımından həyata keçirilən tədbirlərə yüksək qiymət verdilər.

Görüş zamanı qeyd olundu ki, bugün dünyanın yeni realiyalar qarşısında olduğu və biznesin diversifikasiyasından söz edildiyi halda, Gürcüstanın beynəlxalq reytinqinin artırılmsaı və cazib bir investisiya platforması olmaq üçün yaxşı imkanları var.

Video-konfransda baş nazir Giorgi Qaxaria ilə bərabər İqtisadiyyat Naziri Natia Turnava, Maliyyə Naziri İvane Maçavariani və baş nazirin iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili iştirak edirdilər.