Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar İrəvan küçələrindəki banerlər Gürcüstan bayrağının rənglərində işıqlandırılıb
Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar İrəvan küçələrindəki banerlər Gürcüstan bayrağının rənglərində işıqlandırılıb

 
Ermənistanın paytaxtı İrəvanın küçələrində Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar banerlər Gürcüstan bayrağının rənglərində işıqlandırılıb.

Bu barədə məlumat və müvafiq şəkillər Ermənistanın Gürcüstandakı Səfirliyinin rəsmi “Facebook” səhifəsində yayılır.

“Ermənistan Respublikasının Gürcüstandakı səfirliyi və səfir Ruben Sadoyanın təşəbbüsü ilə Ermənistanın paytaxtı İrəvanın küçələrində Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar banerlər Gürcüstan bayrağının rənglərində işıqlandırılıb”-deyə məlumatda deyilir.