Gürcüstanın Müstəqillik Günü [Foto]
Gürcüstanın Müstəqillik Günü [Foto]

 

Azadlıq meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin tərkibi təqdim olundu. Tədbir çərçivəsində çağırışçıların təntənəli andiçmə mərasimi keçirildi.

Tədbirdə Gürcüstanın dövlət himni uşaq xor kapelası tərəfindən ifa edilib. Həmçinin, Dövlət Kapelası, Qori Qadın Kamera Komandası, Sameba Patriarxal Məbədinin və Tbilisi Opera Teatrının komandalarının ifası ilə bu il ilk dəfə Avropa İttifaqının himni səsləndirilib.

Gürcüstan prezidenti, baş nazir, parlamentin sədri, müdafiə naziri və müdafiə qüvvələrinin komandanı tədbir iştirakçıları qarşısında çıxış etdilər.