Gürcüstanın Milli Botanika Bağında Tonino Quera adına "Unudulmuş meyvələr bağı" tikiləcək
Gürcüstanın Milli Botanika Bağında Tonino Quera adına "Unudulmuş meyvələr bağı" tikiləcək

Gürcüstanın Milli Botanika Bağında Tonino Quera adına “Unudulmuş meyvələr bağının” hazırlanması üçün fidanlar əkildi.

Paytaxt merinin məlumatına görə, yaşıllandırma tədbirilərində, Tbilisi merinin müavini Andria Basilaia ilə bərabər, ictimaiyyət üçün tanış olan müxtəlif sahələrin nümayəndələri də iştirak edirdilər.

Tədbirdə İtaliyanın Gürcüstandaki səfiri Enriko Valvo da iştirak edirdi.

Tbilisidə, “Unudulmuş meyvələr bağının” analoqunun tikilməsi üçün, İtaliyalı sənətkar Tonino Queranın həyat yoldaşı Lora Quera Gürcüstana İtaliya bağında bitən fidanları pulsuz hədiyyə edib.

Növbəti mərhələ üçün bağda, praktiki olaraq, unudulmuş olan, gürcü endemik bitkiləri də səpiləcək.

İtaliyanın Emiliya Romaniya regionunda, Pennabill şəhərində, “Unudulmuş meyvələr bağını” ölkəmizin yaxın dostu olan İtaliyalı şair, dramaturq və ssenarist Tonino Quera yaradıb.

Bağda unudulmuş bitki növləri əkilib və hər bir bitki, hansısa sənətkarın adını daşıyır.

“Unudulmuş meyvələr” bağı yaradıldığı gündən, öz ideyasına görə, ictimaiyyətin diqqət mərkəzinə düşdü.

Orada səpilən unudulmuş bitki növləri mədəniyyətin və sənətin ölümsüzlüyünün simvoludur.

“Unudulmuş meyvələr bağının” analoqu ilə, Tbilisinin yenə bir yaşıl məkanı olacaq, hansı ki, sadəcə yerlilər üçün deyil, şəhərə gələn turistlər üçün də sevmli yer olacaq.