Gürcüstanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Fransa regionlarından birinin prezidenti tərəfindən yayılan xəritənin rəsmi Fransa ilə heç bir əlaqəsi yoxdur
Gürcüstanın Xarici İşlər Nazirliyində bəyan edirlər ki, Fransa regionlarından birinin prezidenti tərəfindən yayılan xəritənin rəsmi Fransa ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat spikeri Mari Narçemaşvil sosiyal şəbəkədə yayır.
“İctimaiyyətin yüksək marağından irəli gələrək, bildiririk ki, Gürcüstanın Xarici İşlər Naziri və Gürcüstanın Fransa Respublikasındaki Səfirliyi Fransalı həmkarları və bilavasitə Fransanın Over-Rona-Alplar regionunun prezidentnin ofisi ilə əlaqə saxladılar.
Məlum olduğu kimi, qeyd olunan regionun prezidenti Loran Vokienin “Facebook” və “Tvitter” səhifələrində məlumat yayıldı, hansına xəritə də əlavə olunur və həmin xəritədə Gürcüstan ərazisinin bir hissəsi Ermənistan ərazisinə daxil olunub.
İlkin məlumata görə, bu xəritədən Fransada qüvvədə olan milliyətçi təşkilat istifadə edir və həmin xəritənin rəsmi Fransanın mövqeyi ilə heç bir əlaqəsi yoxdur.
Prezident ofisinin yerləşdiyi bina da elə həmin təşkilata aiddir” – yazır Mari Narçemaşvili “Faceoobok”-da.
