Gürcüstanın Xarici İşlər Nazirliyi - NATO-Gürcüstan komisiyası Gürcüstanın islahatlar prosesinə yüksək qiymət verdi və alyansa inteqrasiyasını yenə bir daha dəstəklədi

Brüsseldə NATO-Gürcüstan komisiyasının iclası keçirildi, hansında Gürcüstan tərəfindən Xarici İşlər Naziri Davit Zalkaniani, alyans tərəfindən isə,  NATO baş katibinin müavini Mirça Coana rəhbərlik edirdilər.

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, NATO-Gürcüstan komisiyasında Gürcüstanln avro-atlantik inteqrasiya prosesində həyata keçirilən islahatlara yüksək qiymət verildi.

“Yüksək qiymət konstitusiya dəyişikliklərinə və seçki islahatlarına də verildi və qeyd olundu ki, Gürcüstanda demokratiyanın gücləndirilməsi istiqaməti üçün bu çox önəmi bir addımdır.

Nazirliyinin məlumatına görə, partnyorlar tərəfindən ümid bildirildi ki, Gürcüstan iqtidarı, necə öncəki illərdə, eləcədə bu il, seçkilərin demokratik və yüksək beynəlxalq standartlarla keçirilməsini təmin edəcək.